Minaya düşərək şəhid olan hərbçilərimiz - FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub. Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

Metbuat.az xəbər verir ki, Şadmanov Əkrəm Yunus oğlunun əslən Kəlbəcər rayon Zivel kənd sakini olduğu bildirilir. Şadmanov bundan əvvəl də Vətən müharibəsində döyüşüb. O, 2021-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.

Şəhid olan digər hərbçimiz Seyidov Tural İslam oğlunun isə əslən Şabran rayonundan olduğu bildirilir.

Fotolarda Əkrəm Şadmanov

Fotoda Seyidov Tural İslam oğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR