“Heydər Əliyev adına təqaüd”ün verilməsi üçün komissiyalar yaradılacaq

Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılacaq (bir neçə namizədin göstəriciləri eyni olduqda komissiya tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər).

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində olmaqla birdəfəlik ödəniləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR