Moskva Ermənistanın bəyanatlarına cavab verəcək - Zaxarova

Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir sıra bəyanatları ilə bağlı açıqlama verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmi şəxslər son zamanlar ikitərəfli münasibətlərin inkişafına zidd olan bir sıra bəyanatlarla çıxış ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR