"İnter"də Hakan Çalhanoğlu fırtınası - VİDEO

"İnter"in türkiyəli ulduzu Hakan Çalhanoğlu komandasının "Empoli"ni 1:0 hesabı ilə məğlub etdiyi matçda göstərdiyi performansa görə İtaliya mətbuatında təriflənib.

Metbuat.az xəbər verir ki, İtaliya A Seriyasının 5-ci həftəsində "Empoli" "İnter"i qəbul edib. Qonaq komanda Federiko Dimarkonun 51-ci dəqiqədə vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edərkən, "İnter"in türk futbolçusu Hakan Çalhanoğlu da matça damğa vurub. “La Gazzetta dello Sport”un məlumatına görə, türkiyəli futbolçu Dimarko ilə birlikdə matçın ən yaxşı oyunçuları arasında yer alıb. Futbolçunun son oyunlardakı uğurlu oyunu diqqət çəkir.

Qeyd edək ki, bu mövsüm A seriyasında 5 matça çıxan Hakan Çalhanoğlu 2 dəfə fərqlənib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR