Rusiyadan Naxçıvan görüşü barədə açıqlama

“Qarabağda vasitəçilik qabiliyyəti olmayan üçüncü tərəflərin Qafqazda mövcudluğunu təmin etmək üçün nəticəsiz cəhdlərindən yayınmaq vacibdir”.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Naxçıvanda keçirilən görüşü də dəyərləndirən Peskov deyib:

“Biz həmişə ümid edirik ki, Azərbaycan Prezidentinin, o cümlədən Türkiyə Prezidentinin keçirdiyi bütün görüşlər regionun təhlükəsizliyinə və Qarabağda normallaşmaya töhfə verəcək”.

Peskov Türkiyə və Azərbaycanın yaxın münasibətləri olan iki suveren dövlət olduğunu bildirib və əlavə edib: “Rusiya Ankara və Bakı ilə sıx əlaqələri olan ölkədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR