"Real"da sistem dəyişdi - Ançelottidən sürpriz Arda qərarı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Atletiko Madrid"ə 1:3 hesabı ilə uduzduqdan sonra oyun sistemində dəyişiklik edir.

Metbuat.az xəbər verir ki, italyan məşqçi 4-3-3 sxeminə dönür. Məlumata görə, yeni formatda Ardanın daha çox forma geyinəcəyi bildirilir. İddialara görə, yeni sistemdə Arda Ançelottinin əsas heyət oyunçusu olacaq. Bildirilir ki, həmçinin Ardanın birdən çox mövqedə oynaması Ançelottini belə qərar verməyə razı salıb. Məlumata görə, Ardadan əlavə ehtiyatda qalan Brahim Diaz da əsas heyət oyunçusu olacaq.

Qeyd edək ki, zədəli olan Arda Güler hələlik əsas heyətdə yer almayıb. Futbolçu artıq zədəsini tam sağaldıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR