“Biri onu dayandırsın” - Haaland...

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland Premyer Liqanın ilk 6 həftəsində 8 qol vuraraq tarixi statistikaya imza atıb.

Metbuat.az xəbər verir ki, norveçli hücumçu bu performansı ilə “Mançester Yunayted” və “Çelsi” də daxil olmaqla ümumilikdə 11 komandanın vurduğu qoldan daha çox qol vurub. Qeyd edək ki, Haaland “Mançester Siti”də ümumilikdə 62 matçda 60 qol vurub, 11 məhsuldar ötürmə edib. Britaniya mediası Haalandın bu statistikasını “Biri onu dayandırsın” başlığı ilə oxucuları ilə paylaşıb.

Premyer Liqada 6 həftədə Haalanddan daha az qol vuran komandalar bunlardır;

“Mançester Yunayted”: 7 qol

“Kristal Palas”: 6 qol

“Fulhem”: 5 qol

“Nottingem Forest”: 7 qol

“Çelsi”: 5 qol

“Everton”: 5 qol

“Volverhampton”: 6 qol

“Bornmut”: 5 qol

“Luton Tovn”: 3 qol

“Börnli”: 4 qol

“Şeffild Yunayted”: 5 qol


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR