Qarabağı tərk edən şəxs məşhur azərbaycanlı həkimin dostu imiş - VİDEO

Xankəndini tərk edən erməni sakinləri Azərbaycan KİV-nin suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, Xankəndidə 44 il yaşadığını deyən erməni şəhəri könüllü, yoxsa məcburi tərk etməsi ilə bağlı AzTV müxbirinin sualını cavablandırıb.

"Mən xəstəyəm, İrəvanda əməliyyat olunmuşam. Hələ 3 ay əvvəl qayıtmaq istəyirdim, alınmırdı. İstəyirəm indi qayıdım müalicə olunum”.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakini "həmin vaxtı orada yaşayan azərbaycanlılar haqqında nə deyə bilərsiniz” sualına isə belə cavab verib:

"Bir çoxu dostum idi. İndi Azərbaycanın əas travmatoloqlarından Yaşar Cəlilov dostum idi. Allahverdiyev Nazim vardı. Mən həkiməm. Biz birlikdə dispanserdə işləmişik. O, Şuşada cərrahiyyə şöbəsinin rəisi idi. Onlar mənim dostum idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR