Ekoloji laboratoriya uşaqların böyük marağına səbəb olub

Ekoloji laboratoriya uşaqların böyük marağına səbəb olub
16:28 19 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya”nın ilk məşğələsi keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutan tədbir gənc ekoloqların böyük marağına səbəb olub. Məşğələ zamanı uşaqlar laboratoriya tədqiqatı vasitəsilə təbiət hadisələrinin, xüsusilə də buzların əriməsinin sirlərinə yiyələniblər. İnteraktiv xarakter daşıyan məşğələnin gedişində uşaqlar üçün təbiətlə bağlı həvəskar yarışmalar və maraqlı oyunlar təşkil edilib, eləcə də uşaqlar tərəfindən müxtəlif incəsənət nümunələri hazırlanıb.
Layihənin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə və onların təbiətə məhəbbət ruhunda yetişməsinə töhfə verməkdən ibarətdir.


















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekoloji_laboratoriya_usaqlarin_boyuk_maragina_sebeb_olub-825785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR