Mbappe bu kluba transfer olacaq - Böyül plan reallaşır

La Liqa prezidenti Javier Tebas PSJ-nin hücumçusu Kilian Mbappe barədə yeni açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o Mbappenin “Real Madrid”ə transfer olacağını ifadə edib. "Florentino Peres heç vaxt uduzmur, heç vaxt heç nədə uduzmur” deyən Tebas qeyd edib ki, buna görə, “Real” Mbappeni transfer edəcək.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi gələn mövsüm başa çatır. Mbappe onu transfer etmək istəyən klublardan illik 240 milyon məvacib tələb edib. “Real Madrid” Mbappeni azad agent kimi kluba cəlb etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR