​“Real”dan gözlənilməz transfer - Heyətə düşə bilməyən futbolçunu alırlar

La Liqa nəhəngi "Real Madrid" "Çelsi"də uğur qazana bilməyən ispan oyunçu Kukurellanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Brayton"dan "Çelsi"yə keçən ispan müdafiəçi bu mövsüm Premyer Liqada heç bir matçda iştirak etməyib. O, yalnız "Çelsi"nin heyətində kubok matçında oynaya bilib. “The Sun”bildirir ki, Kukurella əsas heyətə düşə bilmədiyi üçün növbəti transfer komandadan ayrılmaq istəyir.

Məlumata görə, “Real Madrid” icarə əsasında futbolçunu heyətinə qatmaq istəyir. İddialara görə, tərəflər bu barədə razılıq əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR