İbrahimoviç futbola qayıdır - Bu klubla anlaşdı

Zlatan İbrahimoviç futbola qayıdır.

Metbuat.az xəbər verir ki, İbrahimoviç “Milan” klubu ilə anlaşmaq üzrədir. “Calciomercato” qəzetinin məlumatına görə, “Milan” İbrahimoviçə klubda vəzifə verir. Bildirilir ki, tərəflər arasında danışıqlar aparılıb və görüş məhsuldar keçib. “Milan” klubu İbrahimoviçin təcrübəsindən və nüfuzundan faydalanmaq istəyir. Bildirilir ki, Paolo Maldininin gedişindən sonra “Milan” İbrahimoviçə menecer vəzifəsini verə bilər.

Qeyd edək ki, “İnter”ə 0-4 hesablı məğlubiyyətdən sonra İbrahimoviç “Milan”ın düşərgəsində görüntülənib. 41 yaşlı superulduz ötən mövsüm zədə səbəbindən karyerasını “Milan”da bitirməli olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR