Səudiyyə Ərəbistanından sürpriz həmlə - İndi də onları alırlar

Səudiyyə Ərəbistanı futbolda daha bir yeniliyə imza atmaq üzrədir.

Metbuat.az xəbər verir ki, krallıq liqa oyunlarını idarə etmək üçün xarici hakimləri cəlb etmək istəyir. Bildirilir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası bir neçə hakimlə uğurlu danışıqlar aparıb. Krallıqda hesab edirlər ki, hakimlərin transfer edilməsi çempionatın daha da inkişaf etdirilməsinə və yerli hakimlərin təcrübə toplamasına səbəb olacaq.

"The Times" İngiltərədəki Premyer Liqa referilərinin illik 120-300 min funt-sterlinq qazandıqlarını qeyd edərək, hakimlərin krallıqda oyun idarə edəcəyi halda bu rəqəmin daha yüksək olacağını bildirib. Qeyd edək ki, bəzi ölkələrdə xarici hakimlərin cəlb edilməsi müşahidə edilsə də, bu kütləvi deyildi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR