Sona qədər döyüşəcəyini deyən komandir qaçdı - FOTO

19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra silahı yerə qoymacağını, təslim olmayacağını bildirən Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birinin komandiri Karen Calavyan bu gün Azərbaycan ərazisindən Ermənistana qaçıb.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, məlumatı erməni mənbələri yayıb. Onun artıq Gorus şəhərində olduğu bildirilir. Qəzet informasiyaya sübut kimi Karen Calavyanın Gorusda erməni polislərindən biri ilə çəkdirdiyi təzə fotosunu da dərc edib.Calavyanın sərhədi necə keçdiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, Karen Calavyan Azərbaycana təslim olmayacağı və əsgərləri ilə sona qədər döyüşəcəyi barədə xəbərlər yaymışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR