Gələn ayın uğurlu bürcləri - Həm şans, həm pul

Oktyabr ayına sayılı günlər qaldı. Astroloqların proqnozuna görə, qarşıdakı bir ay ərzində iki bürcün taleyi müsbət sferada dəyişə bilər.

Metbuat.az xəbər verir ki, bu bürcləri sevgi, karyera və pul mövzularında xoş xəbərlər gözləyir.

Oktyabr ayında Tərəziləri yaxşı fürsətlər gözləyir. Xüsusilə iş həyatında arzuladıqları mövqeyə çatma şansı qazanacaqlar. Tərəzilərin eşq həyatları da rəngli olacaq. Subay Tərəziləri yeni tanışlıqlar gözləyir. Evli olanların həyat yoldaşları ilə səyahət etmək şansı ola bilər. Maddi baxımdan bu ay üstünlük Tərəzilərdə olacaq.

Oktyabrın başqa şanslı bürcü Oxatan olacaq. Uzun müddətdir maddi sıxıntı çəkən Oxatanların cibi gülümsəyəcək. Onları iş həyatında da uğurlar gözləyir, yeni vəzifəyə yüksələ bilərlər. Səyahət etməyi planlaşdıran Oxatanlar bu ay çox arzuladıqları o səfərə çıxa bilərlər.

Ümumiyyətlə, oktyabrın şansı bürcləri arasında Oğlaqlar, Buğalar, Qoçlar və Əqrəblər də var.Onlar həm ailə, həm iş həyatında şanslı dövrə daxil olurlar. Çalışıb dəyərləndirəcəkləri təqdirdə müsbət irəliləyişlərə nail olacaqlar.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR