Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağış və daşqınlardan sonra Nyu-York ştatı, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan olunub.

Nyu-York şəhərinin Fövqəladə Hallar İdarəsi vətəndaşlara mümkün küçə daşqınları barədə xəbərdarlıq edib.

“Güclü yağıntılar nəticəsində həddindən artıq su axını şəhər ərazilərində, magistral yollarda, küçələrdə və yeraltı keçidlərdə, eləcə də digər drenaj sahələrində və alçaq ərazilərdə daşqınlara səbəb olacaq”, - deyə Nyu-York rəsmisi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR