Ölkə əczaçılıq məhsulları idxalına nə qədər pul xərclədi?

Azərbaycana bu ilin yanvar-avqust aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 401,4 milyon dollar təşkil edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,6 milyon dollar çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,60%-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycan 432,1 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR