Məmmədyarov gerilədi, Abasov irəlilədi - FİDE reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən yaxşısı nəticə Teymur Rəcəbova məxsusdur. O, 2745 xalla 14-cü pillədə qərarlaşıb.

Şəhriyar Məmmədyarov bir pillə geriləyərək hazırda 17-cidir (2734 xal). Nicat Abasov isə 59-cu yerdən 58-ci pilləyə yüksəlib (2677 xal).

Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2839 xal) liderlik edir. Fabiano Karuana (ABŞ, 2786 xal) 2-ci, Dinq Liren (Çin, 2780 xal) isə 3-cüdür..

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə indi 30-cu (2441 xal), Ülviyyə Fətəliyeva 56-cı (2387 xal), Gövhər Beydullayeva 66-cı (2383 xal), Gülnar Məmmədova isə 100-cü (2346 xal) pillədədir.

Reytinqdə birinci yeri Hou Yifan (Çin, 2628 xal), 2-ci yeri Yu Vençjonq (Çin, 2560 xal), 3-cü yeri isə Aleksandra Qoryaçkina (FİDE, 2558 xal) tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR