Zaur Kamal bu kanalda aparıcılıq edəcək

Aparıcı Zaur Kamal yeni televiziya mövsümündə daha bir kanalda aparıcılıq edəcək.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, o, "Ləzzətli oyun" verilişi ilə həftəiçi dörd gün ATV kanalında tamaşaçıların görüşünə gələcək.

Bununla yanaşı, aparıcının sonuncu dəfə 7 il əvvəl nümayiş olunan "Ay Zaur" proqramı da bərpa olunacaq. Sözügedən layihə isə ARB-də yayımlanacaq.

Qeyd edək ki, Zaur uzun illər "Xəzər TV"də çalışıb. O, hazırda ARB-də nümayiş olunan "Həmin Zaur" proqramının aparıcısıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR