Erməni sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında əks olunub.

Qeyd edilib ki, sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Həmçinin bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı