​“Shokki Mokki” ucqar kəndin balaca sakinlərini sevindirib - FOTO

Hər zaman sosial layihələri yaxından dəstəkləyən “Shokki Mokki” markası bu dəfə ucqar kənd məktəblilərini sevindirib. Uşaqların sevimlisi olan şokolad markası Lənkəranın Biləsər kənd tam orta məktəb şagirdləri üçün teatr tamaşası nümayiş etdirib.

Belə ki, Lənkəran Dram Teatrının aktyorlarının səhnələşdirdiyi “Uçan səhnə” tamaşasını şagirdlər böyük maraqla izləyiblər.

Tamaşadan sonra əyləncə proqramı keçirilib və balacalar müxtəlif oyunlarla xeyli əyləniblər. “Shokki Mokki” markası uşaqlar üçün dadım keçirib, həmçinin onlara müxtəlif hədiyyələr də təqdim edib.

Qeyd edək ki, “Shokki Mokki” uşaqlar üçün təşkil olunan sosial layihələrdə iştirak edərək balacalara sevinc bəxş edir. Artıq bir ildir ki, adıçəkilən marka tərəfindən ölkəmizin ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan “Məktəbim”ə dəstək verilməkdədir. Layihə çərçivəsində Bakıda və bölgələrdə aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan azyaşlılar üçün onlarla məktəbəqədər təhsil ocağı yaradılıb, paralel olaraq xanımların məşğulluğunun artırılması üçün iş yerləri yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR