Nanə Ağamalıyeva bu kanalda aparıcılıq edəcək

Tanınmış aparıcı Nanə Ağamalıyeva Azad Azərbaycan televiziyasında yeni mövsümdə "7 tamam" verilişinə aparıcılıq edəcək.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, veriliş həftə içi beş gün saat 19:00-da efirdə yayımlanacaq.

Qeyd edək ki, Nanə Ağamalıyeva “7 tamam” verilişi ilə yanaşı "Nanəli” verilişinin də aparıcısıdır. "7 tamam" verilişi hazırda Xəzər TV-də fəaliyyətinə davam edən Vüsalə Əlizadənin ATV-də aparıcısı olduğu "7 canlı" verilişinin formatındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR