"Real" hələ meydana çıxmayan Arda üçün sərvət xərcləyib - MƏBLƏĞ

Zədəsi səbəbindən hələlik "Real Madrid"də oynamayan Arda Gülerin kluba xərci hesablanıb.

Metbuat.az xəbər verir ki, həftəlik 100 min avro maaş alan futbolçu üçün "Real Madrid" 12 həftədə 1,2 milyon avro ödəyib. “Soymadridista Capology”nın xəbərinə görə həftəlik maaşının 100 min avro olduğu Arda zədə səbəbilə hələ bir neçə oyunda da iştirak edə bilməyəcək.

İspaniya mediası yazır ki, “Real Madrid” gənc oyunçu üçün “Fənərbaxça”ya 20 milyon avro ödəyib. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbaxça"nın hesabına köçürüləcək. İspaniya mediasının məlumata görə, bonuslar nəzərə alınmasa, “Real” indiyə qədər Arda üçün 22 milyon avroya qədər məbləğ xərcləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR