Fantastik müqavilə - "Ən çılğın iş təklifini aldım"

Futbol dünyasının diqqətçəkən məşqçilərindən olan portuqaliyalı Joze Mourinyo maraqlı etiraf edib.

Metbuat.az xəbər verir ki, Mourinyo Səudiyyə Ərəbistanı Pro Liqasının iki komandasından aldığı böyük təkliflərdən danışıb:

“Yayda bir menecerin futbol tarixində ala biləcəyi ən böyük, ən vacib və ən çılğın iş təklifini aldım. “Roma”ya söz verdiyim üçün ondan imtina etdim. Mən iki təklif aldım. “Əl-Hilal” və “Əl-Əhli” məni istədi, Romada qalmaq istədiyim üçün ikisini də rədd etmək qərarına gəldim”.

“Corriere dello Sport”un məlumatına görə, Səudiyyə Ərəbistanı Pro Liqasının komandasından Mourinyoya iki mövsüm üçün ildə təxminən 60 milyon avro dəyərində müqavilə təklif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR