Mənzil arzusunda olanların diqqətinə: İpoteka şərtləri asanlaşa bilər

Azərbaycanda bölgələr üçün ipoteka şərtlərinin asanlaşdırılması təklif olunur.

Metbuat.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxışı edib.

Onun sözlərinə görə, “İpoteka haqqında” qanuna fərqli yanaşma olmalıdır: "Şərtlər Bakı və region üçün eynidir. Gənclərin regionda evlənməsini, qalıb orada işləməsini istəyiriksə, qaydalar da dəyişməlidir. Çünki regionda olan əməkhaqlarının məbləğini də bilirik. Ona görə də region üçün ipoteka şərtləri asanlaşdırılmalıdır”.

S.Novruzov bildirib ki, azad edilən ərazilərdə bələdiyyə sistemlərinin formalaşdırılması üçün addımlar atılmalıdır: “Bələdiyyələrlə bağlı məcəllənin hazırlanmasının vaxtı çatıb. Hesab edirəm ki, bu sahədə olan bütün qanun layihələri bir arada cəmləşdirilməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR