Qasım Süleymaninin büstünə görə Çempionlar Liqasının bu oyunu ləğv edildi

Asiya Çempionlar Liqasının ikinci turunda ötən axşam İranda keçirilməsi gözlənilən “Sepahan” - “Əl İttihad” matçı ləğv edilib.

Metbuat.az xəbər verir ki, buna Səudiyyə Ərəbistanı komandasının stadionda Qasım Süleymaninin büstü önündə oynamaqdan imtina etməsi səbəb olub. İranın İsfahan şəhərindəki Nəqşi Cahan stadionuna gələn “Əl İttihad” futbolçuları isinmək üçün meydana çıxmaq istəyərkən meydanın kənarında 2020-ci ildə öldürülən iranlı general Qasım Süleymaninin büstünün olduğunu müşahidə edib. “Əl İttihad” matçı oynamadan Səudiyyə Ərəbistanına qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR