​Ukraynanın desant bölməsi Krıma hücuma cəhd etdi

Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada bildirilib ki, Qara dənizin şimal-qərbindəki Tarxankuta doğru irəliləyən Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, sürətli hərbi katerlər və 3 dəniz vasitəsi ilə alınıb.

Açıqlamada deyilir ki, Ukrayna Rusiya ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd edib. 31 PUA isə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR