Dollar dünya birjalarını silkələdi - Bahalaşır

ABŞ Federal Ehtiyat Sisteminin sərt pul siyasətini davam etdirəcəyi ilə bağlı mesajlar verməsi qlobal bazarlarda mənfi tendensiyanın müşahidə edilməsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, ABŞ mənbələrinin açıqlamasına görə, JOLTS vakansiyalarının sayı əvvəlki rəqəmlərlə müqayisədə 690 min artaraq 9 milyon 610 minə yüksəlib. Bu bazarın gözləntilərindən çoxdur. ABŞ-ın Maliyyə Naziri Janet Yellen isə son dərəcə güclü əmək bazarı kontekstində inflyasiyanın qısa müddətdə aşağı düşməsinin yaxşı nüans olduğunu bildirib. FED-in faiz dərəcələrini gözlənildiyindən daha çox müddətə yüksək səviyyədə saxlayacağına dair mesajı Avropa Mərkəzi Bankının və investorların diqqət mərkəzində olub. Avropa Mərkəzi Bankının Baş İqtisadçısı Philip Lane keçən həftə Avrozona inflyasiyanın sentyabr ayında son 2 ilin ən aşağı səviyyəsinə düşməsinin sevindirici olduğunu, lakin irəliləyişin davam etməsininvacib olduğunu ifadə edib. Digər tərəfdən, Avro/dollar pariteti 2022-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə - 1,0470 səviyyəsindədir. FED-in siyasəti Asiya bazarlarında da mənfi tendensiya ilə müşahidə olunub.

ABŞ xəzinə istiqrazlarının faizlərinin artması Asiya səhm bazarlarında satış təzyiqini də artırıb.Yaponiyanın maliyyə naziri Shunichi Suzuki valyuta məzənnələrinin bazar tərəfindən tənzimlənməsinin vacib olduğunu bildirərək, dalğalanmaların arzuolunan olmadığını ifadə edib. Digər tərəfdən, Dünya Bankı Cənubi Asiya regionu üçün artım gözləntisini bu il 5,6 faizdən 5,8 faizə yüksəldib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR