"Son sözü o oldu ki..." - Xoşbəxt Yusifzadənin qızı

"Atamın son sözü o oldu ki, yaxşıyam, məndən narahat olmayın".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin qızı Eltac Yusifzadə jurnalistlərə açıqlamasında deyib. O, vida mərasimində atası ilə son telefon danışığından bəhs edib:

"Nümunəvi ata idi. Həmişə deyirdi ki, yaxşı oxuyun və yaxşı insan olun. Son günlər tez-tez danışırdıq. Son danışığımızda isə dedi ki, hər şey yaxşıdır".

Qeyd edək ki, Xoşbəxt Yusifzadə dünən 93 yaşında vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR