Əməkdar artistin brilliantları oğurlandı

Əməkdar artist Rühəngiz Allahverdiyevanın brilliantları oğurlanıb.

Metbuat.az.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.

R. Allahverdiyeva bildirib ki, oğurluq məsələsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib:

“Brilliantlarım oğurlanıb. Evimdə nə brilliantlar var idisə, hamısı oğurlandı. O qədər də çox deyildi. Özü də o brilliantları öz zəhmətimlə almışdım. Onları mənə hansısa bir kişi bağışlamamışdı və ya almamışdı. Millətimin toylarına gedib pul qazanıb, qəpik-qəpik yığıb o brillantları almışdım. Oğurluqla bağlı polisə şikayət etməmişəm. O brilliantlarım kimdədirsə, onları rahatlıqla yeyə bilməyəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR