Rusiya Qranada görüşünün ləğv edilməsinə münasibət bildirdi

“Azərbaycanın Qranadada planlaşdırılan görüşdə iştirak etməmək qərarı onun suveren hüququdur”.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Mövqeyini və siyasətini müəyyən etmək hər bir ölkənin suveren hüququdur. İndiki halda söhbət onsuz da bizim iştirak etməyəcəyimiz görüşdən gedir. Buna görə də tərəflərin qərarlarını şərh etməyi lüzum görmürəm. Üstəlik, Bakı bütün addımlarını mütəmadi olaraq izah edir və informativ şəkildə münasibət bildirir”, - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı