“Qalatasaray” "Mançester Yunayted"in həyətində ziyafət verdi

“Qalatasaray”ın UEFA Çempionlar Liqasında “Mançester Yunayted”i məğlub etməsi ilə bağlı İngiltərə mediası diqqətçəkən xəbərlər dərc edib.

Metbuat.az xəbər verir ki, “TNT Sports” “Qalatasaray”ın 3-2 hesablı qələbəsi ilə bağlı "Beş ildə Çempionlar Liqasında ilk qələbə, Çempionlar Liqasında 17 matçda səfərdə qazanılan ilk qələbə, "Qalatasaray" üçün “Old Trafford”da inanılmaz bir gecə" deyə yazıb.

“Goal”: “Qalatasaray” Mançester Yunaytedin həyətində ziyafət verdi! Çempionlar Liqasının qalibiyyətindən sonra “Old Trafford”da əyləndilər.

“Sky Sports”: "Hojlundun qolu “Mançester Yunayted” üçün müsbət mənzərə yaratsa da, bərabərlik qolları ilə bu tamamilə dəyişdi.

"The Guardian": "Mançester Yunaytedin” iztirabları "Qalatasaray" məğlubiyyəti ilə davam etdi.

Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm keçirdiyi 10 matçdan 6-da məğlub oldu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR