16 yaşlı futbolçu oyun vaxtı tualetə getdi, qayıtmadı - Qəribə olay

Çempionlar Liqasınının qrup mərhələsində keçirilən “Portu” – “Barselona” oyunu zamanı diqqətçəkən hadisə baş verib.

Metbuat.az xəbər verir ki, “Barselonan”ın futbolçusu Lamine Yamal matçın 71-ci dəqiqəsində meydanı tərk edib. Onun əvəzinə heç bir futbolçu meydana çıxmayıb. Meydana qayıtmayan futbolçunun əvəzinə 10 dəqiqə sonra Markos Alonso oyuna daxil olub. Məlumata görə, Lamine Yamal ishal səbəbindən tualetə getmək üçün meydanı tərk edib. Lakin o geri qayıtmadığı üçün əvəzlənib. Baş məşqçi Xavi Hernandez bildirib ki, futbolçunun səhhətində problemlər olub.

“Lamine 10 dəqiqə meydanda olmadı? Hə, onun xəstəliyi var idi, bunu mənə deyirdi bir müddət. Oyunda faislə yarananda ona dedim ki, tez ayaqyoluna getsin və qayıtsın, amma sonda qayıda bilmədi. Daha sonra mənə dedi ki, meydana çıxmaq vəziyyətində deyildi. Laminenin mədə problemləri var idi” – Xavi Hernandez deyib.

Qeyd edək ki, Lamine Yamal Çempionlar Liqası tarixində 16 yaş 183 gündə ilk 11-də başlayan ən gənc futbolçu kimi də tarixə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı