​“Veysəloğlu Distribusiya” şirkəti sahibsiz heyvanları ziyarət edib - FOTO

Hər zaman korporativ sosial məsuliyyət layihələrinə diqqət ayıran “Veysəloğlu Distribusiya” şirkəti 4 oktyabr - Heyvanların beynəlxalq müdafiəsi günü ilə bağlı xeyriyyə tədbiri təşkil edib.

Tədbir sahibsiz heyvanlara diqqət göstərmək üçün IDEA Heyvanlara Qayğı Mərkəzində (IACC) həyata keçirilib. “Veysəloğlu Distribusiya” şirkətinin heyvan yemləri kateqoriyası üzrə qlobal markaları “Miratorg”, “Josera”, “Effeffe” və “Nestle-Darling” tədbirin sponsoru olub.

IDEA Heyvanlara Qayğı Mərkəzində (IACC) baş tutan tədbirdə mərkəzin rəhbərliyi tərəfindən sığınacaqdakı heyvanlara göstərilən yardım, yaradılan şərait barədə ətraflı məlumat verilib. “Miratorg”, “Josera”, “Effeffe” və “Nestle-Darling” markalarının nümayəndələri və “Veysəloğlu Distribusiya”nın əməkdaşları mərkəzdəki heyvanlarla vaxt keçirib və mərkəzə markalara məxsus heyvan yemlərini təqdim ediblər.

“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3500-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə

yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2000-dən artıq əməkdaşı ilə xidmət göstərir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR