Messi Avropaya qayıdır - Səbəbi bilindi

“İnter Mayami” ötən gecə “Çikaqo Fayr”a böyük hesabla (1:4) məğlub olub.

Metbuat.az "Fanat.Az"a istinadən xəbər verir ki, bu, komandanın MLS-də pley-off mərhələsinə çıxmaq şanslarını pisləşdirib.

Qeyd edək ki, ABŞ çempionatı iki konferensiya (şərq və qərb) üzrə keçirilir. Təsnifat mərhələsində hər konferensiyadan 8 komanda növbəti mərhələyə vəsiqə qazanır. Mayamililər isə hazırda qrupda 14-cü yerdə qərarlaşıblar və pley-off zonasından 5 xal geri qalır.

"Inter Miami Hub" iddia edib ki, komanda turnirin növbəti mərhələsinə vəsiqə qazanmasa, bəzi ulduz oyunçular Avropaya qısamüddətli icarəyə gedə bilər. Beləliklə, argentinalı hücumçu Lionel Messinin Avropa klublarından birinə yollanması mümkündür. Jordi Alba və Serxio Busqets də eyni yolu seçə bilər.

Mənbə “Barselona”nın Messini icarəyə götürə biləcəyini də vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR