Ronaldo rekord vurdu

Ronaldo rekord vurdu
16:36 19 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya yığmasının üzvü, Madridin "Real" klubunun futbolçusu Kristiano Ronaldo yeni rekorda imza atıb.

ANS PRESS-in məlumatına görə, İspaniya mətbuatı yazıb ki, La Liqada "Hetafe" ilə qarşılaşan "Real" növbəti qələbəsini qazanıb. Görüş 3:0 hesabı ilə madridlilərin xeyrinə başa çatıb. Oyunda 2 qol vuran K.Ronaldo səfərdə vurduğu qolların sayını 89-a çatdırıb. O, bununla da yeni rekorda imza atıb və birinciliyi ələ alıb.

Xatırladaq ki, indiyədək bu titulu 87 qol vurmaqla ispaniyalı Raul Qonsalesi məxsus idi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR