Azərbaycan-Qazaxıstan xüsusi təyinatlıları tapşırıqları icra edib - VİDEO

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir.

MN-dən Metbuat.az-a verilən məlumata görə, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Azərbaycan və Qazaxıstan HDQ-nin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR