Türk futbolçu Messinin yanına gedir - Gözlənilməz seçim

“Beşiktaş” rəhbərliyi ilə Cenk Tosun arasında aparılan yeni müqavilə ilə bağlı danışıqlarda razılıq əldə edilməyib.

Metbuat.az xəbər verir ki, tərəflər maaş məsələsində razılıq əldə etməyib. “Fanatik” qəzetinin xəbərinə görə, vitse-prezident Əmrə Kocadağın apardığı danışıqlarda razılıq əldə edilməyib və ardınca prezident Ahmet Nur Çebi ulduz futbolçu ilə görüşüb.

Beləliklə, klubun illik 1,1 milyon avroluq təklifini qəbul etməyən Cenklə danışıqlar dayandırılıb.

Məlumata görə, Cenk Tosun ABŞ-da futbol oynamaq istəyir. Futbolçunun menecerinin MLS klubları ilə danışıqlar apardığı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR