Türkiyə ordusundan sərt cavab - 26 terrorçu məhv edildi

Türkiyə ordusu “Fərat Qalxanı Hərəkatı” bölgəsindəki Dabik bazası bölgəsinə edilən terror hücumuna sərt cavab verib.

Metbuat.az xəbər verir ki, bölgədəki terrorçu hədəflərə atılan cavab atəşlərində 26 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında da PKK terrorçularının hədəflərini məhv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR