ABŞ Türkiyənin PUA-sını buna görə vurub - Regionda böyük hərəkətlilik

ABŞ-ın ötən gün F-16 döyüş təyyarəsi ilə Suriyada türk PUA-sını vurması ilə bağlı diqqətçəkən şərhlər edilib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Wall Street Journal” ABŞ-ın ilk dəfə NATO müttəfiqinin hərbi texnikasını vurması ilə bağlı geniş xəbər dərc edib. Qəzetə danışan ekspertlər ABŞ-ın bu hücumla Ankaraya mesaj göndərmiş ola biləcəyini iddia ediblər.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun Suriya ilə Mübarizə Proqramları üzrə direktoru Çarlz Lister deyib: “ABŞ hər gün başqa bir NATO üzvünün PUA-sını vurmur. Bu, ABŞ-ın Ankaradan bölgəni tərk etmək istəməsi mesajı kimi oxuna bilər. Amma bu mesajın belə qəbul ediləcəyini düşünmürəm”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Suriya üzrə keçmiş direktoru hazırda Yaxın Şərq Siyasəti İnstitutunda çalışan Endryu Tabler: “ABŞ-ın Türkiyə ilə münasibətlərini sakitləşdirməsi çox çətin olacaq. Türklər öz PUA-larından birinin vurulmasını adi həmlə kimi qəbul etməyəcəklər. Suriyada status-kvo hər gün daha da pisləşir. Üçüncü tərəflər bu sahəyə hərbi müdaxiləni davam etdirəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR