"Mançester Siti”nin sahibi türk klubunu alır - Rəsmən elan etdilər

"Mançester Siti" klubunun sahibi "City Group" Türkiyənin “Başakşehir” komandasını almaq üçün rəsmi təklif təqdim edib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər arasında rəsmi danışıqlar artıq başlayıb. Məlumata görə, bütün dünyada sərmayələri ilə tanınan “City Football Group” “Başakşehir” klubunu seçməsinin səbəbi onun İstanbul komandası olmasıdır.

Bildirilir ki, şirkət Türkiyədən hansısa komandanı alacaq. “Başakşehir” klubu ilə danışıqlarda razılıq əldə edilməsə, şirkət başqa klublarla danışıqlar aparacaq.

Türkiyə mediası yazır ki, futbola qoyduğu böyük sərmayələri ilə tanınan “City Football Group”un Türkiyədə klub alması güc balansını dəyişəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR