Şenol Günəş istefa verdi

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Beşiktaş” klubu açıqlama verib. “Şenol Günəşə göstərdiyi səylərə görə təşəkkür edirik” başlıqlı açıqlamada deyilir:

“Luqano matçından sonra görüşdüyü prezidentimiz Ahmet Nur Çebiyə, baş məşqçimiz Şenol Günəş “Beşiktaş”ın maraqlarına uyğun klubumuzun və komandamızın yolunu açmaq üçün veriləcək istənilən qərara hörmətlə yanaşacağını bildirdi.“Şenol Günəşə klubumuza verdiyi töhfələrə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR