Mbappe qəti qərarını verdi

PSJ-nin futbolçusu Kilian Mbappe klubdan ayrılmaq barədə qəti qərarını verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat verib. Bildirilir ki, PSJ-nin böyük təkliflərinə baxmayaraq, Mbappe yeni müqavilə təklifini qəbul etməyib. Mbappe oyunlardakı uğursuz çıxışı da, onun klubda qalmağa istəkli olmadığını irəli sürür. Bildirilir ki, Mbappe “Real Madrid”də çıxış etmək istəyir. O digər klubların təkliflərini rədd edib.

Qeyd edək ki, bundan əvvəl Kilian Mbappenin “Real Madrid”lə ilkin müqavilə imzaladığına dair iddialar dərc edilmişdi. PSJ Liqada oynadığı 7 matçda 3 qələbə, 1 məğlubiyyət və 3 heç-heçə edib. PSJ Cempionlar Liqasında "Nyukasl"a 1-4 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR