Stoltenberq Nərgiz Məhəmmədini təbrik etdi - FOTO

NATO-nun Baş katibi Yens Stoltenberq Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədini təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

“Nərgiz Məhəmmədini 2023-cü il üzrə Nobel Sülh Mükafatını qazanması münasibətilə təbrik edirəm. Siz qadınların zülmünə qarşı mübarizənizdə cəsarət göstərmisiniz. İnsan hüquqları və hamı üçün azadlıq sülhün əsasını təşkil edir”, - Stoltenberq qeyd edib.

Qeyd edək ki, Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılardan olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR