Sumqayıtda intihara cəhdin qarşısı alındı

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Metbuat.az bildirir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Şıxəliyev Elnur Novruz oğlu ailə münaqişəsi zəminində, 45-ci məhəllədə yerləşən 14 mərtəbəli binanın damından özünü yerə atmağa cəhd edib.

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihara cəhdin qarşısı alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR