Kadidən "Qarabağ"la bağlı paylaşım - FOTO

Deyəsən, Kadi Borges hələ də “Qarabağ”ı unuda bilmir. Hər halda braziliyalı legionerin parladığı komandanın oyunlarını davamlı izləməsi belə düşünməyə əsas verir.

Metbuat.az "Sportinfo"ya istinadən bildirir ki, 27 yaşlı vinger son olaraq “Hekken”lə matç üçün bilgisayarın arxasına keçib. Və ağdamlıların Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisini məğlub etdiyi matçı (1:0) "CBC Sport" kanalının efirindən canlı izləyib.

O, bu barədə fotonu öz sosial şəbəkə hesabından “Uğurlar, qardaşlar” başlığı ilə paylaşıb.

Kadi 2021-ci ilin yayından 2023-cü ilin yanvar ayına kimi “Atlılar”ın şərəfin qoruyub. O, bu müddətdə 28 qol, 28 asistlə yadda qalıb. Qısa müddətdə parlamağı bacaran cənubi amerikalı 5 milyon avro qarşılığında Rusiyanın “Krasnodar” komandasına transfer olunub.

Bu, nəinki “Qarabağ”, hətta Azərbaycan futbol tarixinin ən bahalı transferi kimi tarixə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR