Bu gün Putinin ad günüdür

Oktyabrın yeddisində Rusiya Prezidenti Vladimir Putinin 71 yaşı tamam olur.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, Kreml rəhbərinin doğum günü həftə sonuna təsadüf etsə də, o özəl gününü iş başında qeyd edəcək. Məlumat üçün bildirək ki, Vladimir Putin 20-ci dəfədir ki, ad gününü prezident postunda qey edir. Bu gün Putin Qazaxıstan və Özbəkistanın dövlət başçıları Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə birlikdə Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinin başlanması münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Rusiya liderini ilk olaraq Belarus lideri Aleksandr Lukaşenko təbrik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR