“Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda konfrans keçirilib - FOTOLAR

“Heydər Əliyev ili” və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədarQusar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı vəSoyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş konfransdan öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abutalib Turabovun moderatorluğu ilə keçirilmiş konfransda əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilmiş, sonra isə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film izlənilib.

Yeni Azərbayan Partiyasının Qusar rayon təşkilatının sədri David İbramxəlilov konfrans iştirakçılarını salamlayaraq “Heydər Əliyev - Milli dövlətçilik idealları və müasir dövr” adlı məruzəsi ilə dövlətçilik ənənələrimizin formalaşmasında Ulu öndər Heydər Əliyevin danılmaz rolunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Qusar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Telman Kazımov çıxış edərək uzaqgörən, müdrik siyasəti ilə dünya siyasətçiləri arasında böyük nüfuz qazanmış Heydər Əliyevin fəaliyyəti barəsində söz açmışdır. Daha sonra Soyqırımı Memorial Kompleksinin direktoru Dr Rəxşəndə Bayramova azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, 1998-ci il 26 mart tarixli fərmanının tarixi önəmini xüsusi vurğulamışdır. O həmçinin Heydər Əliyevin hakimiyyəti dövründə xalqın sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açıldığını, təhrif edilmiş hadisələrə əsl qiymətin verildiyini bildirmişdir.

Konfrans boyunca çıxışçılar tərəfindən müvafiq məlumatlar iştirakçılara təqdim olunmuşdur. Belə ki, Memorial Kompleksin direktor müavini Mehriban Əliyeva “Heydər Əliyev və dövlət quruculuğu”, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dr. Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycanda dövlətçilik strategiyası”, Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Arzu Bağırova “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”, Kompleksin əməkdaşları Səriyyə Abidova “Heydər Əliyevin Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti”, Ülkər Zeynalova “Heydər Əliyev və Azərbaycanda mədəniyyət sahəsi” adlı elmi məqalələri ilə tarixi yaddaşın, milli məfkurənin, Azərbaycanın müstəqilliyinin əbədiliyinin qorunması naminə bir çox sahələrdə işlər görmüş Ulu öndərin fəaliyyəti barədə çıxışlar etmişlər.

Yüz nəfərdən çox idarə, müəssisə, təşkilatın rəhbər və əməkdaşlarının iştirak etdiyi konfransın sonunda YAP Qusar rayon təşkilatının sədri D. İbramxəlilov azərbaycanlıların soyqırımı ilə bağlı tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasındakı fəaliyyətinə görə Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramovanı Fəxri Fərmanla təltif etmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR