İsrailin məşhur komandiri həlak oldu - FOTO

İsrail ordusunun “Kabus” adlı elit bölməsinin rəisi, polkovnik Roy Levi Reim şəhərinin cənubunda Fələstinin HƏMAS qruplaşmasının yaraqlıları ilə döyüş zamanı həlak olub.

İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında deyilir ki, o, evlərində mühasirəyə alınan vətəndaşları xilas etmək üçün ilk olaraq Reimdə döyüşə girərək komandasını cəsarətlə idarə edib.

İDF-nin məlumatına görə, atışmada 10-a yaxın fələstinli yaraqlı öldürülüb. İsrail ordusu daha sonra ölkənin cənubunda gedən döyüşlərdə həlak olan daha 17 əsgərin adını açıqlayıb.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab olaraq “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR