Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, sənəd qəbulu mərhələsi 12 oktyabrda başa çatacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR